Milli-Mənəvi Dəyərlər və Müasir Çağırışlar

SEVİNC İctimai Birliyi olaraq Milli dəyərlərimizin qorunması və inkişafı üçün çalışırıq

Ətraflı Məlumat

Haqqımızda

Milli dəyərlərimizin qorunması və inkişafı yolunda

"SEVİNC-Milli-Mənəvi Dəyərlər və Müasir Çağırışlarla Sintezin İnkişafına Dəstək" İctimai Birliyi Azərbaycanın potensial elmi və mədəni imkanlarını üzə çıxarmaq və inkişaf etdirmək məqsədi ilə yaradılmışdır. Birlik, sürətlə inkişaf edən və yeniləşən Azərbaycanın elmi, mədəni və digər sahələrdəki araşdırmalara hərtərəfli dəstək verir.

İctimai Birliyimiz gənclərdə təhsilə həvəs yaratmaq, ölkə rəhbərliyinin iqtisadi potensialı intellekt kapitalına çevrilməsi istiqamətində atdığı addımları dəstəkləməklə yanaşı, Azərbaycanın tarixinin, etnoqrafiyasının və mədəniyyətinin dərindən öyrənilməsini təmin etməyə çalışır.

Daha Ətraflı
SEVİNC İctimai Birliyi

Fəaliyyət İstiqamətlərimiz

Milli-mənəvi dəyərlərin qorunması və təbliği üçün çalışırıq

Elmi-Mədəni Araşdırmalar

Azərbaycanın tarix və mədəniyyətinə dair elmi araşdırmaların aparılması və nəticələrin geniş ictimaiyyətə çatdırılması.

Təhsilə Dəstək

Gənclərdə təhsilə həvəs yaratmaq və təhsil sisteminin inkişafına töhfə vermək üçün müxtəlif layihələrin həyata keçirilməsi.

İctimai Dəstək

Təhsil problemləri üzrə qurultayların, islahat proqramlarının qərar və müddəalarının həyata keçirilməsinə ictimai dəstək vermək.

Bəzi Layihələrimiz

Milli dəyərlərimizi yaşadan layihələr

Milli Geyimlər Layihəsi

Xanlıqlar Dövrünün Milli Geyimləri

Azərbaycan milli geyimlərinin təbliği və tarixi dövrlərin xüsusiyyətlərini əks etdirən geyimlərin tamaşaçı auditoriyasına təqdim edilməsi.

Ətraflı
Oxumağı Sevdirmək Layihəsi

Oxumağı Sevdirmək

Gənclərdə mütaliə mədəniyyətinin formalaşması və inkişafı üçün "Möminə Xatın" kitab kafesinin təsis edilməsi və mütaliə tədbirlərinin keçirilməsi.

Ətraflı
Dünya Ölkələrinin Milli Geyimləri

Dünya Ölkələrinin Milli Geyimləri

Azərbaycan Respublikası ilə diplomatik münasibəti olan ölkələrin milli geyimlərinin təqdimatı və təbliği.

Ətraflı

Komandamız

Birliyin fəaliyyətinə rəhbərlik edən şəxslər

Prof. Dr. Sevinc Abbasova

Prof. Sevinc Abbasova

Təşkilatın Qurucusu və Sədri

Səkinə Şirinova

Səkinə Şirinova

Təşkilatın Təsisçisi

Əlaqə

Bizimlə əlaqə saxlayın

Əlaqə Məlumatları

Ünvan: Naxçıvan şəhəri, 3-cü küçə, döngə 3, ev 5
Telefon: +994 50 000 00 00